Sabah metro saat birə qədər işləyəcək

Sabah metro saat birə qədər işləyəcək

“Orada sıxlıq olacaq”.

Sabah Bakı Metropoliteni gecə saat birə qədər işləyəcək.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, “Qarabağ” futbol komandasının sabah “Anderlext” klubu ilə keçirəcəyi oyun gecə saat 12-də bitəcəyi üçün klub metronun bağlanış saatının artırılması ilə bağlı Bakı Metropoliteninə müraciət edib.

“Bunu nəzərə alaraq metronun saat 1-ə qədər işləməsinə qərar verilib”.

N.Paşayev oyundan sonra “Gənclik” metrostansiyasında baş verə biləcək sıxlıqla əlaqədar futbolsevərlərə müraciət edərək xahiş edib ki, onlar yaxın olan “28 May” və “ Nəriman Nərimanov” stansiyalarından da istifadə etsinlər.

““Gənclik” metrostansiyası Tofiq Bəhramov adına stadiona yaxın olduğu üçün orada sıxlıq olacaq. Ona görə də təhlükəsizlik tədbirləri ilə əlaqədar biz sərnişinləri metroya hissə-hissə buraxacağıq”./oxu

Sfera.az

OXŞAR XƏBƏRLƏR