Sabah iki marşrut xəttinin hərəkət sxemləri dəyişdiriləcək
Cəmiyyət
13:57 / 04.08.2021
937
Sabah Bəhruz Nuriyev küçəsinin Qara Qarayev prospektindən Elşən Süleymanov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri aparılacaq.
Bu barədə Sfera.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, təmirlə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ küçələrdən təşkil ediləcək.