Sabah gecə bankomatlar işləməyəcək
11:44 / 13.10.2016
682
"AzeriСard" prosessinq mərkəzi sistemin texniki yenilənməsini həyata keçirəcək.
Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, AzeriCard sistemində planlaşdırılmış yenilənmə işləri ilə əlaqədar olaraq, 14 oktyabr gecə saat 01:00-dan 06:00-a qədər prosessinq mərkəzinin fəaliyyəti müvvəqəti dayandırılacaq.
Qeyd edək ki, "AzeriСard" prosessinq mərkəzinin xidmət göstərdiyi bankların sayı 31-dir. Azərbaycanda 32 bank fəaliyyət göstərir.