Sabah Azərbaycanda isti olacaq

Sabah Azərbaycanda isti olacaq

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu da isti olacağı gözlənilir.

Sabah Bakı və Abşeron yarımadasında hava günəşli olacaq.

Bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yayıb.

Məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu yarımadada gecə 23-26, gündüz 35-39, Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75%, gündüz 25-30% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcəd isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.


OXŞAR XƏBƏRLƏR