Cəmİyyət

Saatlının icra başçısı otelini və şadlıq sarayını təcili satışa çıxarıb

Saatlının icra başçısı otelini və şadlıq sarayını təcili satışa çıxarıb
Uzun müddətdir müxtəlif rayonlarda icra başçısı vəzifəsi tutan və zaman-zaman mətbuatın gündəminə gələn Saatlı icra başçısı Nazim İsmayılovla bağlı yeni məlumat var. Bizimxeber.az xəbər verir ki, Göyçaydan daxil olan məlumata görə Nazim İsmayılov Göyçay şəhər Heydər Əliyev prospekti 88-də yerləşən "Çinar” otelini və "Çinar” şadlıq sarayını satışa çıxarıb.
Bildirək ki, sözügedən oteli və şadlıq sarayını hazırda Nazim İsmayılovun oğlu Anar İsmayılov idarə edir. İcra başçısının Göyçay şəhərindəki otel və şadlıq sarayını satmasının səbəbkarının oğlu Anar İsmayılov olduğu deyilir.

Məlumata görə Anar İsmayılov oteli və şadlıq sarayını sataraq Ukraynada biznes yaratmaq niyyətindədir. Başçı oğlunun xariic ölkədə biznes qurmaq üçün Ukraynanı seçdiyi və bu iş üçün tez-tez həmin ölkəyə səfər etdiyi idda edilir. Nazim İsmayılovun "Çinar” otelini və "Çinar” şadlıq sarayını 1,2 milyon manata satışa çıxardığı bildirilir.
Xatırladaq ki, bir müddət əvvəl ölkə mətbuatında Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadada şirkəti və mülkü olması barədə məlumat dərc olunmuşdu və sənədlər yayılmışdı.
 
Sfera.az
 


XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031