Saatlıda qatar minik avtomobili ilə toqquşub, iki nəfər ölüb - YENİLƏNİB
10:50 / 04.12.2019
3381
10 : 50
Saatlıda qatarın minik avtomobili ilə toqquşması nəticəsində xəsarət alan şəxs ölüb.
Sfera.az xəbər verir ki, bununla da ölənlərin sayı iki nəfərə çatıb.
Faktla bağlı araşdırma aparılır. (APA)
10 : 11
Saatlının Hacıqasımlı kəndində qatar minik avtomobili ilə toqquşub.
Sfera.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.