Saatlıda döyülərək öldüyü deyilən şagirdlə bağlı TƏFƏRRÜATLAR

Saatlıda döyülərək öldüyü deyilən şagirdlə bağlı TƏFƏRRÜATLAR
Saatlı rayonunun Sarıcalar kənd sakini, 2004-cü il təvəllüdlü Ağayev Yahya Eldar oğlu qəfildən dünyasını dəyişib. Onun döyüldükdən sonra vəfat etdiyi ehtimal olunur.

Sfera.az bildirir ki. Yenicag.az-a açıqlama verən Saatlı rayon təhsil şöbəsinin rəsmisi Urşan Nuruşov hadisə ilə bağlı təfərüüatları danışıb:

"Sarıcalar kənd məktəbinin 8-ci sinif şagirdi Yahya ürək tutmasından dünyasını dəyişib. Biz hamımız indi ordan gəlirik. Uşağın tənəffüs vaxtı halı pisləşib, üzünə su vurub, sinif yoldaşlarına özünü pis hiss etdiyini deyib. Qəfildən yıxılıb. Şagirdlər müəllimlərə xəbər verib, kənd həkimi çağrılıb. Həkim deyir ki, uşaqda həyat əlaməti olmasa da, onu xilas etməyə çalışıb. Nə qədər süni nəfəs veribsə də, şagird həyata qaytara bilməyib. Valideynləri də gəlib, atası onun epilepsiya xəstəsi olduğunu bildirib. Onun meyiti Saatlı rayon morquna aparılıb. Hələ də ordadır, ekspertiza olunur. Rayonun kriminalistləri də hadisə yerində olub. Yalandan yazırlar ki, guya uşaq döyülərək dünyasını dəyişib. Yalan söhbətlərdir”.

Saatlı rayon Polis Şöbəsinin rəsmisi Atakişiyev Valid saytımıza açıqlamasında şagirdin ölüm səbəbinə aydınlıq gətirib:

Hadisə 10-30 radələrində baş verib, əməkdaşlar hadisə yerində olub. İlkin araşdırmaya görə, Ağayev Yahya Eldar oğlu məktəbin həyətindəki hovuzdan su içdikdən sonra qəflətən dünyasını dəyişib. Meyit ekspertiza olunmaq üçün morqa aparılıb. Həkimlər rəy verəndən sonra hadisənin əsl səbəbi bəlli oalcaq.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycan XİN Malayziyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bayram paradının məşqi zamanı Malayziyanın Hərbi Dəniz Qüvvələrinin helikopterlərinin toqquşması nəticəsində vətəndaşlar...

Fəzail Ağamalı vətəndaş nikahından DANIŞDI: "Avropada artıq azalır, Azərbaycanda isə..."

"Vətəndaş nikahı Avropadan Azərbaycana keçib. Avropada araşdırmalara görə, vətəndaş nikahı azalır, amma Azərbaycanda isə getdikcə artır".  &nb...

Bu ölkədə helikopterlər TOQQUŞDU - Ölənlər var

Malayziya Hərbi Dəniz Qüvvələrinə aid iki hərbi helikopterin havada toqquşması nəticəsində 10 nəfər həyatını itirib.   Sfera.az xəbər verir ki, bu b...

"Daşıyan və satan bu qədərdirsə, qəbul edənlərin sayı görün nə qədərdir" - Deputatdan HƏYƏCAN TƏBİLİ

“Tibbi nöqteyi-nəzərdən qanun layihəsi vacibdir”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruz...

Bu bitki xərçəngin müalicəsində FAYDALIDIR - Həkimdən AÇIQLAMA

Əsrlər boyu xalq təbabətində istifadə edilən zəncirotu bitkisi 25 xəstəliyi müalicə edir.   Sfera.az xəbər verir ki, bu bitkinin yarpaqları, kökü və...

Azərbaycanda elektron siqaretlər qadağan olunacaq? – Deputat MM-də məsələ qaldırdı

“Bir növ siqaretçəkmə üsulu var ki, dünyanın bir çox ölkələrində getdikcə qadağan edilir. Bu Azərbaycanda da geniş yayılmış siqaretçəkmə formasıdır. Bunla...