Hadİsə

Saatlıda baş verən avtoqəzada 6 nəfər xəsarət aldı

Saatlıda baş verən avtoqəzada 6 nəfər xəsarət aldı
Saatlıda rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər xəsarət alıb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, Hacıqabul-Horadiz magistralının Saatlı rayonunun Qaranuru kəndindən keçən hissəsində "VAZ 2105” markalı avtomobillə "Mercedes” markalı avtomobil toqquşub. Nəticədə 6 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Saatlı rayon xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlar Qaranuru kənd sakinləri - 1991-ci il təvəllüdlü Abışova Şəhanə Ələddin qızı, 1972-ci il təvəllüdlü Eynullayeva Zəminə İsrafil qızı, 1982-ci il təvəllüdlü Abışov Şahin Füzuli oğlu, 1967-ci il təvəllüdlü Urfanov Kamil Kərim oğludur. İki nəfərin kimliyi müəyyənləşdirilir. Xəsarət alanlardan vəziyyəti ağır olan 2 nəfər Bakıya göndərilib.

Faktla bağlı Saatlı rayon polis şöbəsində araşdırma aparılır. 
AdRiver

XƏBƏR LENTİ