Saatlıda 8-ci sinif şagirdi məktəbdə öldü
15:12 / 08.05.2018
1900
Saatlı rayonunun Sarıcalı kəndində məktəbdə ölüm hadisəsi baş verib. Məktəbin 8-ci sinif şagirdi Yəhya Ağayev qəfildən vəfat edib. Onun döyüldükdən sonra öldüyü bildirilir.
Sfera.az bildirir ki, Virtualaz.org faktla bağlı məlumat almaq üçün məktəblə əlaqə saxlayıb. Özünü təqdim etmək istəməyən müəllimə bildirib ki, şagirdin səhhətində problem olub: "O çox yaşlı, şən şagird idi, döyülmə-filan olmayıb. Səhhətində problem var idi, epilepsiya keçirirdi. Yəqin ki, elə bu səbəbdən vəfat edib”.
Müəllimə həmçinin bildirib ki, hazırda hüquq-mühafizə orqanları məktəbdədirlər və ölüm faktı araşdırılır. Ölüm hadisəsinin hansı səbəbdən baş verdiyi ekspertizanın rəyindən sonra məlum olacaq.