"Saakyanın ABŞ səfəri mənfi siqnaldır"
Siyasət
13:27 / 19.03.2018
3109
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "rəhbəri" kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına mane olan mənfi siqnaldır.
Bunu Trend-ə açıqlamasında Fransa Senatının Xarici işlər komitəsinin sədr müavini, senator Natali Qule deyib.
O qeyd edib: "Yenə də biz həmişəki problemlə qarşılaşırıq. Bu, hətta Ermənistanın tanımadığı saxta dövlətdir. Beynəlxalq ictimaiyyət reaksiya verməli və belə münasibəti qadağan etməlidir. Biz Saakyanın Fransaya səfərinə mane olmağa çalışdıq, lakin cəhdlərimiz uğursuz oldu".
Xanım N.Qule əlavə edib ki, bu, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan ABŞ-dan göndərilən çox mənfi siqnaldır.Onun sözlərinə görə, əgər hökumət belə hallarda gücsüzdürsə, o zaman "qondarma dövlət" məsələsi BMT Təhlükəsizlik Şurasına çıxarılmalıdır.