Saakaşvilinin arvadı və oğlu Tbilisidəki mitinqdə

Saakaşvilinin arvadı və oğlu Tbilisidəki mitinqdə
 

İyunun 24-nə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) binası qarşısında etiraz aksiyası təyin olunub.

 

"Report" xəbər verir ki, sabah saat 14:00-da etirazçılar Birinci Respublika meydanından maşınlarla DİN-in binasına qədər yürüş edəcəklər.

 

Nazirlik qarşısında keçiriləcək aksiyada daxili işlər naziri Giorgi Qaxarianın istefası tələb olunacaq.

 

Aksiyanın təşkilatçıları avtomobili olan hər kəsi yürüşə qoşulmağa dəvət edib.

 

Bu arada parlamentin qarşısında keçirilən aksiyaya Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs və oğlu da qatılıblar. Sandra Rulofs jurnalistlərə aksiyanın tələblərini dəstəklədiyini bildirib.


OXŞAR XƏBƏRLƏR