Saakaşvilidən Zelenskiyə tövsiyə: Putinə güzəştə getmə

Saakaşvilidən Zelenskiyə tövsiyə: Putinə güzəştə getmə
Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskiyə müraciət edib. Saakaşvili bu barədə Facebook səhifəsinə videomüraciət yerləşdirib və Rusiya prezidentinə qarşı müqavimət göstərməyin yollarını qeyd edib.
 
"Putin Donetsk və Luqasnk sakinlərinə pasport verir, benzinin qiymətini qaldırır, Ukraynaya ixracı məhdudlaşdırır, iqtisadi və digər tədbirlər görür. O, Zelenskinin komandasını yoxlayır ki, güzəştə getmək üçün məcbur buraxsın. Məsələn, çoxtərəfli formatda danışıqlar ikitərəfli formata keçsin. Putinlə mənim ünsiyyət mövzusunda təcrübəm var - ona qədər çox güzəştə getsəniz, bir o qədər tələb edəcək. Mən əminəm ki, Zelenskinin möhkəmlik ehtiyatı kifayət olacaq ki, bütün bunlara dözə bilsin. Ukrayna Putinə heç nə borclu deyil",-deyə Saakaşvili əlavə edib.
 

OXŞAR XƏBƏRLƏR