Rza Zərrabın sirr kimi saxladığı ailəsi: dindar anası, pula düşkün bacısı və hegemon atası – FOTOLAR

Rza Zərrabın sirr kimi saxladığı ailəsi: dindar anası, pula düşkün bacısı və hegemon atası – FOTOLAR
 Türkiyənin gündəminə müğənni Ebru Gündeşlə girən Rza Zərrab görünür, dünya gündəmindən də uzun müddət düşməyəcək. Mediada haqqında heç bir məlumat olmayan Rza Zərrabın ailəsi, anası, atası, bacı-qardaşı haqqında demək olar ki, heç bir məlumat yoxdur. Bəs yeznəsi Bəhram Oromi haqqında?

"A24.az” Türkiyə KİV-nə istinadən Rza Zərrab haqqında aparılan araşdırmanı təqdim edir:

15 il bundan əvvəl Türkiyənin "Kapalıçarşı”sında qızıl alış-verişi edən bir insan necə olub da belə bir gəlirə, sərvətə sahib olub kimi suallar yarandı. Sərvətin qaynağı olaraq Zərrabın atası Hüseyn Zərrab göstərildi. Belə ki, iki il bundan əvvələ qədər İranın ən güclü adamlarından biri olaraq göstərilən, sabiq İran prezidenti Əhmədinejad ilə yaxın olduğu məlum olan Hüseyn Zərrabın əsl sərvəti Pəhləvi ailəsinə aiddir. İranlı müxbir belə danışır:

"İranın sonuncu şahı Muhamməd Rza Pəhləvinin ölümündən sonra dul qalan Farah Diba Pəhləvinin izniylə ailənin bütün sərvəti ata Zərrabın idarəçiliyinə keçir. Bu gün də sözügedən Zərrab ailəsinin bütün sərvəti əslində bu pullardır”.

Hədiyyələr Hüseyn Zərrabdan…

Azərbaycanlı digər bir müxbir isə ata Zərrabın adını Ebru Gündeşə verildiyi iddia edilən hədiyyələrlə diqqət çəkir. Sözügedən hədiyyələr bunladır:

Qeydiyyat nışanında "EBR” hərfləri olan 520 min lirəlik BMW 7.60, qiyməti 340 min avro olan "Aston Martin” avtomobili, Kanlıcada təqribən 26 milyon TL dəyərində olan villa, 3 milyon dəyərində ofis, Bodrumda 1 milyon 850 min lirəlik yazlıq, lüks gəmi, 800 min lirəlik "Dutyfree” adlı at, Dubayda bir ev, 1 milyon 50 min lirəyə Nizami Ziyanın "Sənətkarın evi” tablosu…

Azərbaycanlı müxbir Rza Zərrabın İbrahim Tatlısəsin məşhur etdiyi azərbaycanlı müğənni Günel ilə daha əvvəl yaşadığı sevgi münasibətlərindən dolayı uzun illər Azərbaycan mediasının bütün yaşananları yaxından təqib etdiyini bu ifadələrlə bildirir:

"Rza Zərrabın Ebru Gündeş ilə olan evliliyi tamamilə gizli bir protokol üzərində qurulub. Ebru ailənin məhbusudur. Bütün səlahiyyətlər ata Zərrabın əlindədir. Rza Zərrab əslində təkcə maaşa işləyən biridir. Ebru Gündeşə verilən hədiyyələrin hamısı əslində Hüseyn Zərrab tərəfindəndir”.

//a24.az/files/uploads/2017/12/page-300x197.jpg 300w, //a24.az/files/uploads/2017/12/page-120x80.jpg 120w" sizes="(max-width: 600px) 100vw, 600px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; margin: 5px 20px 20px 0px; max-width: 100%; height: auto; display: block;" />

Anası təvazökar, bacısı pula düşkün…

Zərrab məhkəməyə çıxarılmadan bir ay əvvəl anası Şəbnəm Zərrab, atası Hüseyn Zərrab və qardaşı Muhamməd (Can) Zərrabın İrana getdiyi mediada yer almışdı. İranlı müxbir isə Zərrabın ailəsi ilə bağlı bunları qeyd edərək paylaşıb:

"Bilirsiniz ki, İran dinə çox əhəmiyyət verən bir ölkədir. Zərrabın anası olduqca çox dindar bir ev qadınıdır. Ancaq Rza Zərrabın bacısı lüks şəraitə və pula düşkün biridir. Xüsusilə də doğum günləri kimi şənlikləri dəbdəbəli edir”.

Yeznə də hədiyyə verməyi sevir…

//a24.az/files/uploads/2017/12/eniste-285x414-207x300.jpg 207w" sizes="(max-width: 285px) 100vw, 285px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; margin: 5px 20px 20px 0px; max-width: 100%; height: auto; display: block;" />

Rza Zərrabın dəbdəbəni sevən bacısı Şeyda Oromi Bəhram Oromi ilə evlidir. Oromi ilə bağlı verilən məlumatlar isə belədir:

"Bəhram Oromi etnik olaraq azərbaycanlıdır. İran inqilabından sonra Türkiyə vətəndaşlığına keçib. Lakin təhsilini İranda bitirib. O və qardaşı Bahran İstanbulda qurulan "Xarici Ticarət Limited” şirkətinin sahibidirlər. Bu şirkət Azərbaycandakı "Hyundai” avtomobillərinin rəsmi distrubütorudur. Orominin də Zərrab kimi müxtəlif ölkələrdəki nüfuzlu dövlət rəsmilərinin vasitəsiylə rüşvət və hədiyyələr alaraq, inhisar yaratmaq məqsədiylə hərəkət etdiyi bildirilir. Bəhram Oromi eyni zamanda Təhlükəsizlik Şurasında işləyən, İranın Bakıdakı sabiq səfiri Əhəd Qazayinin də yaxın dostudur”.

 Sfera.az


OXŞAR XƏBƏRLƏR