Maqazİn

Rza Zərrabla görüntülənən qadının kimliyi üzə çıxdı - FOTO

Rza Zərrabla görüntülənən qadının kimliyi üzə çıxdı - FOTO
ABŞ-da həbsxananın xüsusi izolyatorunda saxlanıldığı zənn edilən, lakin bir neçə gün əvvəl Nyu-York restoranlarında birində fotosu çəkilən iranlı milyarder Rza Zarraba kampaniya təşkil edən qadının kimliyi məlum olub.

Sfera.az xəbər verir ki, "Hürriyyət” qəzetinin yazdığına görə, Zərrabla birgə fotosu çəkilən qadın bir vaxtlar Sərrafın həyat yoldaşı, müğənni Ebru Gündəşin pərəstişkarı, sonra isə dostu olan Ayşəgül Akgündür. 

İllərlə Ebru Gündəşi hər tədbirdə, səyahətdə və səhnə çıxışlarında müşayiət edən Akgünün niyə ABŞ-da olduğu və Rza Zərrabla görüşdüyü suallar yaradıb. Xəbərdə Gündəşlə Akgünün naməlum səbəbdən aralarının dəydiyi də bildirilir. 
 
Rəsul
Sfera.az
 

AdRiver

XƏBƏR LENTİ