“Röya kimi ailə…” - Fotolar
Katya və Rob cütlüyü paylaşdıqları fotolarla artıq instaqramın "Röya kimi ailəsi” adını qazanıb.
"Qafqazinfo” xəbər verir ki, hazırda toy fotoqraflığı ilə məşğul olan ailə həm çəkdikləri fotolarla, həm də həyat tərzləri ilə tez bir zamanda müasir gənclərin diqqətini çəkiblər.
Səyahət etməyi çox sevən vegeterian cütlük daha çox orqanik məhsullarla qidalanır. Onlar mütəmadi olaraq hazırladıqları yeməklərin tərkibini izləyiciəri ilə bölüşür, hər səhər yoqayla məşğul olmağı unutmurlar. Övladları Zionu şəhər mühitindən kənarda, təbiət qoynunda böyütmək istəyən Katyayla Rob hazırda yaşamaq üçün Dominikan Respublikasını seçiblər. Onların gələcək planlarında isə Kanada, İslandiya, Nyu-York və Hindistan kimi ölkələr var.
Qeyd edək ki, cütlüyün fotolarını daha çox Tamara adlı iş yoldaşları çəkir.
Orqanik yaşamı həyat tərzi seçmiş fotoqrafların ailə həyatından maraqlı kadrları təqdim edirik: