Rövşən Lənkəranskinin Bakıdakı şadlıq sarayı fəaliyyətini dayandırdı — FOTO

Rövşən Lənkəranskinin Bakıdakı şadlıq sarayı fəaliyyətini dayandırdı — FOTO

Azərbaycanlı mərhum avtoritet Rövşən Canıyevə (Lənkəranski) aid olduğu bildirilən şadlıq sarayı bağlanıb.

Bu barədə ölkə.az saytına məlumat daxil olub.

Bakının Nizami rayonu Mikayıl Əliyev 17 ünvanında yerləşən və kriminal avtoritet Rövşən Canıyevə məxsus olduğu bildirilən "Neon Palace” şadlıq sarayı Canıyev öldürüldükdən sonra fəaliyyətini dayandırıb. Şadlıq sarayının bir müddətdir fəaliyyət göstərmədiyi qeyd olunur.

"Neon Palace” şadlıq sarayının fəaliyyətinin dayanma səbəbini aydınlaşdırmaq üçün restoranın telefonlarına zəng etsək də zəngimizə cavab verən olmadı.

Xatırladaq ki, şadlıq sarayının sahibi olduğu bildirilən tanınmış avtoritet Rövşən Canıyev avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində Barbaros bulvarındakı otellərdən birində keçirilən toplantıda iştirak etdikdən sonra "90-ND-011” dövlət qeydiyyat nişanlı avtomobili ilə oradan ayrılarkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb. Hadisə zamanı ağır yaralanan R.Canıyev və sürücüsü yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin Canıyevi xilas etmək mümkün olmayıb.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Xalasının bir sözünə görə evə gəlib anasını ÖLDÜRDÜ: "Qətldən sonra isə..." - DETALLAR

“Bəzən qətillərə səbəb heç də tamah və ya əxlaq problemlərindən qaynaqlanmır”.   Sfera.az bildirir ki, bunu "Təmiz Dünya" Qadı...

"Deyirlər ki, rus hərbçilərini ilk dəfə biz çıxarmışıq. Hara çıxarmısan?" - Millət vəkilindən müxalifətə

“Rusiya sülhməramlılarının dinc formada Azərbaycandan çıxarılması bütövlükdə Cənubi Qafqaz tarixində yeni mərhələ deməkdir”.   Sfera.az x...

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində İŞLƏYİR

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-dən bildirilib.   S...

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Şamaxı rayonunda İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün zərərli vərdişlərin f...

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

“Artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlanılıb. Heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulmas...

Narkotik təsir altında olan sürücü SAXLANILDI 

Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyidən məlumat verilib....