Rövşən Lənkəranski sağdır

Rövşən Lənkəranski sağdır
Məşhur azərbaycanlı kriminal avtoritet hazırda xəstəxananın reanimasiya şöbəsindədir
 

İstanbulda bir oteldən çıxan, Azərbaycan nömrəli, bahalı avtomobil çarpaz atəşə məruz qalıb. Hadisə nəticəsində, avtomobilin sahibi, azərbaycanlı iş adamı yaralanıb, sürücüsü isə həyatını itirib.


Sfera.az "Doğan" xəbər agentliyinə istinadla xəbər verir ki, cinayətkarlar ucuna susdurucu qoyulmuş uzun lüləli tüfəng və silahı hadisə yerində qoyaraq qaçıblar. Oteldən çıxan "Range Rover" markalı maşın 10 metr irəlidə pusqu quranların silahlı hücumuna məruz qalıb. Çarpaz atəşə tutulan avtomobil dəlik-deşik edilib.

Avtomobilin içərisində olan azərbaycanlı iş adamı Rövşən Əliyev və adı bilinməyən sürücüsü ağır yaralı olaraq təcili yardımla xəstəxanaya aparılıb. Hadisədən sonra bölgəyə çox sayda polis sövq edilib. Zirehli bir polis maşını ətrafda təhlükəsizlik tədbirləri alıb.


"Florance Nightingale" xəstəxanasına aparılan sürücü həyatını itirib. Yaralı iş adamı Ravşan Əliyevin isə "Şişli Etfal" xəstəxanasında müalicə altına alınıb. Polis qaçanların tutulması üçün tədbirlər görür.

 

 

Hücuma məruz qalan şəxsin azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski olduğu məlum olub. Lənkəranskinin yaxın qohumu, millət vəkili Fəzail Ağamalı bizimyol.info-ya açıqlamasında faktı təsdiqləyib və hadisə nəticəsində Rövşənin həyatını itirdiyini bildirib.


"Mən məlumat öyrənməyə çalışdım. Çox çətinliklə də olsa, öyrənə bildim. Çox təəssüf, çox dəyərli oğul idi", — deputat bildirib.


Qeyd edək ki, Fəzail Ağamalının qardaşı qızı, Rövşən Lənkəranskinin qardaşının həyat yoldaşıdır.


Lakin Şişli Hamidiyə Etfal Tədris və Araşdırma Xəstəxanasından Sputnik-ə verilən məlumata görə, R. Lənkəranski həyatını itirməyib: "Xəstə hazırda reanimasiyadadır. Vəziyyəti ağırdır. Ona lazımi tibbi yardım göstərilir. Həyatını itirdiyi barədə məlumatlar yalandır. Detallı məlumat yaxınlarına verilib. Hazırda xəstənin yaxınları xəstəxanadadır".

 

Qeyd edək ki, R. Lənkəranskinin əsl soyadı Canıyevdir. Lakin İtaliya interpolu onun barəsində axtarış elan etdiyi üçün, hazırda Türkiyədə Rövşən Əliyev ad-soyadı ilə yaşayır. Və o, bu soyadla iki dəfə Ukraynada saxlanılaraq deport olunub.

 

 


OXŞAR XƏBƏRLƏR

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...