Krİmİnal

Rövşən Canıyevin qohumu “Neon Palace”da faciəvi şəkildə öldü

Rövşən Canıyevin qohumu “Neon Palace”da faciəvi şəkildə öldü
Bakıda məşhur restoranda gənc oğlan faciəli şəkildə ölüb.

Sfera.az xəbər verir ki, Nizami rayonunda yerləşən "Neon Palace” restoranında Lənkəran şəhər sakini 2002-ci il təvəllüdlü Qalib Tacəddin oğlu Əzimov ərzaq daşıyan liftlə tavanın arasında qalaraq dünyasını dəyişib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, dünyasını dəyişən şəxs mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin (Canıyev) qohumu olub. "Neon Palace” restoranının sahibi isə Lənkəranskinin qohumlarıdır./Report

XƏBƏR LENTİ