Rövnəq Abdullayev “Qarabağ”ı təbrik etdi

Rövnəq Abdullayev “Qarabağ”ı təbrik etdi
 

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev "Qarabağ” klubunun UEFA Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı qrumun rəsmi saytına açıqlama verib.

Sfera.az xəbər verir ki, o "Qarabağ”ı təbrik edib:

"Avropanın ikinci ən nüfuzlu klub turnirinin qrup mərhələsinə növbəti dəfə yüksəlməsi münasibətilə "Qarabağ” klubunun bütün kollektivini təbrik edirəm. Ardıcıl 6-cı dəfədir ki – bunlardan biri UEFA Çempionlar Liqası olmaqla – avrokuboklarda qrupa vəsiqə qazanmaq vəzifəsinin öhdəsindən gələn "Qarabağ” azarkeşlərinə, ölkəmizin futbol ictimaiyyətinə böyük sevinc hissləri yaşadır. İllər öncə "Neftçi”nin UEFA Avropa Liqasının qrup mərhələsində çıxış etməsi, sonra "Qəbələ” klubunun eyni nəticəyə iki dəfə imza atması və təbii ki, "Qarabağ”ın ardıcıl uğurları Azərbaycan futbolunda stabilliyin göstəriciləridir. Klublarımızın dəfələrlə UEFA Avropa Liqasının qrupuna vəsiqə qazanması bu turniri bizim üçün sanki doğmalaşdırıb. Üstəlik, bu il Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi ilə Azərbaycan futbol ailəsi olaraq təşkilati baxımdan turnirin tarixində özünəməxsus mövqe tutmağı bacarmışıq. Artıq qrup mərhələsinin püşkü atılıb. "Qarabağ” A qrupunda "Sevilya”, APOEL və "Düdelanj” komandaları ilə mübarizə aparacaq. İspaniya, Kipr və Lüksemburq təmsilçilərinə qarşı oyunlarda komandamızın uğurlu çıxış edəcəyinə inanırıq. "Qarabağ”a qrup mərhələsində uğurlar və idman xoşbəxtliyi, mövsümün qarşıdakı hissəsində Avropa Liqasında 6 deyil, daha çox oyun keçirməsini arzulayıram”.


OXŞAR XƏBƏRLƏR

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı MƏLUMAT

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub". &nb...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...