Rüşvət videosu yayılan xanim direktor danışdı: \"Məsləhət belə oldu ki...\"

Rüşvət videosu yayılan xanim direktor danışdı: \
"Üç gündür ki, Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunmuşdum. Amma məsləhət belə oldu ki, işə çıxmayım. İndi oturub gözləyirəm”. Bu sözləri Gununsesi.info-ya açıqlamasında barəsində rüşvət və korrupsiya ittihaml ilə cinayət təqibi aparılan Gəncə Musiqi Kollecinin sabiq direktoru ( Üç gün əvvəl Gəncə Dövlət Filarmoniyasına direktor təyinatı alıb-red.) Gülçin Mirzəyeva söyləyib.

Qeyd edək ki, barəsində xeyli zamandır ki, cinayət işi açılmasına baxmayaraq, üç gün əvvəl mədəniyyət və turizm naziri Əbülfəz Qarayev onu Gəncə Dövlət Filarmoniyasına rəhbər təyin edib. Məhz bu təyinatın açıqlanmasından bir neçə saat sonra Baş Prokurorluq Gülçin Mirzəyeva barəsində rüşvət və korrupsiya ittihamlarını əks etdirən sensasion açıqlama və video görüntülər yayıb.
Gununsesi.info-ya açıqlamasında Gülçin Mirzəyeva bildrib ki, barəsindəki cinayət işi ilə bağlı araşdırma başa çatmadığından danışmaq istəmir: "Bu barədə yəqin ki, açıqlama olacaq. Ona görə də mən bir şey söyləyə bilməyəcəm”.

Gülçin Mirzəyeva onu da bildirib ki, 17 fevral 2017-ci il tarixində yeni təyinat aldığı filarmoniyanın kollektivinə təqdimatı gözlənilsə də bu bəlli səbəbdən baş tutmayıb.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...