Rüşvət alarkən yaxalanan Mahir Xəttabı neçə il həbs gözləyir? - Açıqlama
16:11 / 10.09.2021
901
Xəbər verdiyimiz kimi Binəqədi rayon Məhkəməsində rüşvət almaqda təqsirləndirilən
"Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərlinin (Xəttab) barəsində
həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.
Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin
sədri Ramiz Göyüşovdan 2 min manat alarkən yaxalanan jurnalist 3 ay müddətinə
həbs edilib.
Maraqlıdır, cinayət işinin yekununda Mahir Xəttaba
hansı cəza tətbiq edilə bilər?
Məsələ ilə bağlı Sfera.az-a danışan hüquqşünas
Turan Abdullazadə jurnalistin 5 ilədək həbs edilə biləcəyini deyib:
"Qeyd
etdiyiniz jurnalist barəsində Ramiz Göyüşovu videosunu yaymaqla şantaj edərək
2000 manat pul istəməyinə dair əsaslı şübhələr yarandığı üçün barəsində 3 ay müddətində
həbs qətimkan tədbiri seçilib. Bu isə o deməkdir ki artıq jurnalist barəsində cinayət
işi başlanıb, 3 ay ərzində istintaq aparılacaq və jurnalist
istintaq müddəti gedişində istintaq təcridxanasında saxlanılacaq. Daha sonra
toplanılmış materiallar baxılması üçün müvafiq məhkəməyə göndəriləcək.
Jurnalistin təqsirləndirildiyi əməldə təqsiri sübuta yetirilərsə, o zaman ona
Cinayət qanunvericiliyinə müvafiq qaydada məhkəmə tərəfindən cəza təyin ediləcək.
Əzizə Zeynal
Sfera.az