Rusların geri qaytardığı pomidoru biz yeyəcəyik? - Açıqlama

Rusların geri qaytardığı pomidoru biz yeyəcəyik? - Açıqlama

Bir neçə gün əvvəl Rusiyanın Stavropol və  Karaçay-Çərkəz üzrə Kənd Təsərrüfatına Nəzarət İdarəsinin əməkdaşları müvəqqəti saxlama anbarlarında karantin məhsulları aşkarlayıblar. Azərbaycandan ümumilikdə 36,5 ton çəkidə təzə pomidor  partiyası gəlib. Yoxlama zamanı məhsullarda Cənubi Amerika tomat güvəsi aşkarlanıb. Onun mövcudluğu laborator ekspertizalarda da təsdiqini tapıb və məhsullar geri göndərilib. 

Bu hadisədən sonra ortaya belə bir sual çıxır. Geri göndərilən külli miqdarda pomidorların aqibəti necə olacaq?

Məsələ ilə bağlı "Yeni Sabah”a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, geri qaytarılan pomidorların aqibəti qaranlıqdır:

"Nəinki satılan pomidorlar, hətta, o geri qaytarılan pomidorların aqibəti qaranlıqdır. 22 ildir ki, mən islehlakçı hüquqlarını qoyururam və cəmi iki dəfə ictimai məhvetmədə iştirak etmişəm. O da çox çətinliklə. Mən həmişə demişəm ki, ey dövlət orqanları, ey biznes sahibləri əgər siz bizneslə məşğul olursunuzsa, camaatın qeydinə qalırsınızsa, ictimai məhvetməyə KİV-i çağırın. Həmin prossesi açıq və şəffaf edin. Amma ki, bu məsələ hələ də yoxdur.  

Azərbaycanın 4 məhsulu Avropa bazarına çıxır. Qoz, fındıq, balıq və balıq məhsulları bir də ki, kürü. Qalan məhsullarımız Rusiya bazarına çıxır və orada da problemlər yaşanır. Təsadüfi deyil ki, Azad İstehlakçılar Birliyi Hacıqabulda, Saatlıda, Sabirabbadda insanlar arasında treniniq aparır və əhalini maarifləndirir. AİB Qida Təhlükəsizlik Agentinə də müraciət edib rəsmi məlumat verib ki, gəlin, camaatı başa salın. Biz həmişə ictimai dəstək verməyə hazırıq. Problemlər var və heç kəs də onu yoxlamır”.

Geri qaytarılan pomidorların bizim bazarlara çıxarılması mövzusuna da toxunun ekspert bildirdi ki, bu qaytarılan məhsullar zavodlara veriləcək.

"Zavodlara veriləndən sonra həmin bakteriyalarla tomatlar hazırlanacaq. Bir sözlə hər şeyin son ünvanı biz istehlakçılarıq. Bizim də belə olmağımız uşaqlarımızda, klinikalarda nəvələrimindən görünür. Hipokrat deyirdi ki, biz nə yeyiriksə oyuq”.


OXŞAR XƏBƏRLƏR