Ruslar tətikdə: Qara dənizdə Türkiyə gəmisi atəşə tutuldu

Ruslar tətikdə: Qara dənizdə Türkiyə gəmisi atəşə tutuldu

Rusiya Hərbi Dəniz Donanması Qara dənizdə üzən Türkiyə ticarət gəmisinə atəş açıb. 

 

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə bayrağı ilə üzən gəmi Qara dənizdəki rus hərbi gəmisindən açılan atəşdən sonra istiqamətini dəyişməyə məcbur olub.

 

Qeyd edək ki, dünən Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayaraq bildirib ki, Egey dənizinin şimal hissənidəki Lemnos adasının 22 kilometrliyində üzən Rusiyanın “Smetlivıy” xətt gəmisinin heyəti Türkiyənin balıqçı gəmisi ilə toqquşmanın qarşısını alıb.

  

Qeyd olunub ki, gəminin növbətçi xidməti 1 kilometr aralıdan Türkiyə gəmisinin sağ tərəfdən onlara yaxınlaşdığını müşahidə edib. Gəmi heyətinin türk tərəfi ilə əlaqəyə çıxmaq cəhdləri baş tutmayıb. 600 metr məsafədə ruslar Türkiyə gəmisinə atəş açacaqları barədə xəbərdarlıq edib. Məhz bundan sonra Türkiyə gəmisi kursu dəyişdirib. 

 

 Türkiyənin Moskvadakı hərbi attaşesi təcili olaraq Rusiya Müdafiə Nazirliyinə çağırılıb.


OXŞAR XƏBƏRLƏR

” Biz bilirdik ki, Azərbaycan nə zaman istəsə bu qoşunları ölkədən çıxaracaq” - Millət vəkili

“Çünki bütün bu illər ərzində deyirdilər ki, “Rusiya qoşunları Azərbaycandadır və buradan cıxmayacaq” kimi cəfəng fikirlər səsləndirirdilər. B...

ABB-dən cəmi bir günə tender qarantiyası

ABB hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilərə dəstək məqsədilə bank vəsaiti hesabına tender qarantiyası  şərtlərini sadələşdiri...

Bu iki şirkətin direktorlarına CİNAYƏT İŞİ BAŞLANDI

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətind...

UEFA Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər AÇIQLANDI

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşlərindən sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.   Sfera.az xəbər verir ki,...

“Bu layihə Azərbaycan üçün çox faydalı olacaq” - Deputat 

Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələri...

Aprelin 21-də 46 mindən çox şagird buraxılış imtahanı verəcək

Aprelin 21-də Bakı şəhərinin Xəzər, (II zona), Nizami və Pirallahı rayonlarında, Naxçıvan MR, Sumqayıt (II zona), Naftalan, Abşeron (II zona), Göygöl, Goranboy,...