Rusiyaya dedik ki, Bakıdan icazə alınmalıdır - Çavuşoğlu

Rusiyaya dedik ki, Bakıdan icazə alınmalıdır - Çavuşoğlu
Rusiyaya dedik ki, siz sülhməramlı olaraq oradasınız. Kimin gəlib-getdiyi məsələsində qərar vermək sizin məsuliyyətinizdə deyil.

Sfera.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

"Bu məsələ ilə bağlı Azərbaycandan şikayət gəlməyib. Əsas məsələ Rusiyanın Laçın dəhlizinə icazə vermə roludur. Bunun üçün Azərbaycandan icazə almalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansısa bir status-kvo müəyyən edilsə də, yenə də Azərbaycanın sərhədləri çərçivəsində olacaq. Bu səbəbdən dolayı Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır", - Çavuşoğlu qeyd edib.


OXŞAR XƏBƏRLƏR