Rusiyanın müdafiə naziri Zakir Həsənova zəng etdi

Rusiyanın müdafiə naziri Zakir Həsənova zəng etdi
Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu şənbə günü Azərbaycanın və Ermənistanın müdafiə nazirləri Zakir Həsənov və Seyran Ohanyanla Qarabağdakı vəziyyətin kəskinləşməsi ilə bağlı təcili telefon danışıqları aparıb. 
Oxu.Az-ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən "İnterfaks”a bildiriblər ki, danışqılar zamanı "münaqişə zonasında vəziyyətin sabitləşdirilməsi üzrə təcili tədbirlərin görülməsinin zərurliyindən” söhbət gedib.
"Rusiya Müdafiə Nazirliyinə daxil olmuş məlumata əsasən, aprelin 1-dən 2-nə keçən gecə Qarabağ münaqişəsində vəziyyətin gərginləşməsi qeydə alınıb, - deyə, idarədən bildiriblər. – Bu region Rusiya Müdafiə Nazirliyinin rəhbərliyinin daimi diqqəti altındadır”.

OXŞAR XƏBƏRLƏR