Rusiyanın böyük şəhərləri vurulacaq? - Ukraynanın müdafiə naziri açıq şəkildə təhdid etdi

Rusiyanın böyük şəhərləri vurulacaq? - Ukraynanın müdafiə naziri açıq şəkildə təhdid etdi
"Böyük Britaniya, Kanada və ABŞ öz qoşunlarını Rusiyanın irimiqyaslı hücumu zamanı Ukraynanın cəbhə mövqelərinə çevrilə biləcək bölgələrinə yerləşdirməlidir”.

Bunu Ukraynanın Müdafiə naziri Aleksey Reznikov deyib. Nazir bununla müttəfiqlərini NATO formatından kənarda Ukraynaya yardım göstərməyə, xüsusən də ölkəyə daha çox hərbi təlimatçı göndərməyə çağırıb.

Maraqlıdır, Reznikovun bu çağırışı nədən qaynaqlanır? Nazirin də vurğuladığı kimi irimiqyaslı hücum gözləniləndirmi?

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri Reznikovun açıqlamasının Rusiyanı çəkindirməyə hesablandığını bildirib:
 
"Bu mesajda əsas məqsəd çəkindiricilikdən ibarətdir. Reznikov müdafiə naziri kimi müharibənin olacağı təqdirdə Ukraynanın ciddi təcavüzəə məruz qala biləcəyi, hətta bəzi şəhərlərin işğal oluna biləcəyi ilə əlaqədar bu məsələni qaldırıb. Nazir özü də bilir ki, Rusiya bunu öz geosiyasi maraqlarını təmin etmək üçün edir. Biz bunu 2008-ci ildə Gürcüstanla müharibədə, Rusiyanın Suriyaya müdaxiləsində də gördük. Yəni Rusiya hərbi böhran yaratmaq niyyətindədir. İndi də eyni hadisə baş verir. Rusiya son vaxtlar Qara dəniz ekvatorunda NATO-nun və ABŞ-ın aktivləşdiyini görür. Eyni zamanda Rusiya ABŞ və NATO-dan təminat almaq istəyir ki, Ukrayna NATO-ya bərbaərhüquqlu üzv kimi qəbul edilməyəcək. Eyni zamnda bu Gürcüstana da aiddir ".
 
Ekspert Ukrayna və Rusiya arasında baş verəcək müharibədə Rusiyanın böyük şəhərlərinin vurulacağını deyib. Politoloq Qərb dünyasının bundan sonra Ukrayna ilə bağlı fərqli mövqe sərgiləyəcəyini də sözlərinə əlavə edib:

"Bu ziddiyyət Ukrayna ilə Rusiya arasında böyük müharibəyə gətirib çıxara bilər ki, bu da indiki vəziyyətində Rusiyanın maraqlarına uyğun deyil. Çünki genişmiqyaslı müharibə başlasa, 2008-ci il və ondan sonrakı dövrlərdən fərqli olaraq Qərb dünyası başqa şəkildə davranacaq. Belə ki, Qərb dövlətləri öldürücü silahlarla Ukraynaya yardım edərək müharibənin uzunmüddətli olmasını təmin edəcəklər ki, Rusiyanın iqtisadi çöküş vəziyyətində müharibəni uzun müddət davam etməyə imkanı çatmasın. Rusiya da bunun fərqindədir. Bu gün Rusiya və ABŞ prezidentləri arasında da sözügedən məsələlər danışıqların əsas predmeti olacaq. Reznikovun açıqlaması Rusiyanı çəkindirməyə hesablanıb. Lakin hərbi qarşıdurma başlasa ABŞ, Böyük Britaniya kimi ölkələrdən Ukraynaya hərbi təlimatçılar gələcək. Təlimatçılar isə əvvəlki dövrlərdən fərqli olaraq raket sistemləri ilə Rusiyadakı böyük şəhərlərin vurulmasına da əmr verəcəklər. Bu da Rusiyada böyük ajiotajın yaranmasına gətirib çıxaracaq".
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...