Rusiyanın baş naziri azərbaycanlı deputat-oliqarxın sanatoriyasında

Rusiyanın baş naziri azərbaycanlı deputat-oliqarxın sanatoriyasında

Bir neçə gün bundan əvvəl Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev Şimali Qafqazda turizmin inkişafı üzrə toplantıdan əvvəl Yessentukidəki yeni sanatoriyaya baş çəkib.

Hökumət başçısına 2016-cıl ilin yayında istifadəyə verilmiş "İstoçnik” ("Bulaq”) sanator-kurort kompleksi barədə məlumatı müəssisənin direktoru İrina Matviyets verib.

Bu kompleks Azərbaycanla Stavropol diyarı arasında əməkdaşlıq çərçivəsində tikilib və eyni vaxtda 444 nəfəri qəbul etmək imkanına malikdir. İnvestisiya layihəsinin ümumi dəyəri 1,5 milyard rubl təşkil edib. Sanatoriya Azərbaycan Milli Məclisinin deputatı Əsabil Qasımovun vəsaiti hesabına inşa olunub.

İmişli rayonundan olan deputat Ə.Qasımov nəhəng biznes-imperiyanın sahibidir və faktiki olaraq, ölkənin ən zəngin 10 iş adamının sırasına daxildir. Müxtəlif vaxtlarda KİV-də verilmiş məlumatlara əsasən, ölkənin az qala bütün ərazisini unla təchiz edən "Karmen” MMC də deputata məxsusdur.

Millət vəkilinin varidatı siyahısında həmçinin "Dimes-Qafqaz” firması da göstərilir. Bundan başqa, satış üzrə "Ramse”, şirə istehsalı üzrə "Dimes” və bəzi məlumatlara görə yumurta istehsalı ilə məşğul olan "Görədil” quşçuluq fabriki də Əsabil Qasımova aiddir.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...