Rusiyanı heyrətə gətirən azərbaycanlı vunderkind danışdı – VİDEO

Rusiyanı heyrətə gətirən azərbaycanlı vunderkind danışdı – VİDEO
 Altı yaşlı azərbaycanlı "Rusiya 1” kanalındakı verilişdə hər kəsi heyrətə gətirib. Ruslan Səfərov ən çətin hesablamaların cavabını bir neçə saniyəyə düzgün taparaq münsiflər heyətini, eləcə də tamaşaçıları təəccübləndirib.

Oxu.Az-ın xəbərinə görə, səhnədə alqışlarla qarşılanan bu balaca həmyerlimiz Xəzər TV-yə danışıb. 

Yaxınlarının sözlərinə görə, Ruslandakı bu qabiliyyəti hələ bir yaşında olarkən aşkar ediblər. Atası uşağın çarpayısına hərfləri və rəqəmləri asaraq ona ilk dərsini keçib.

İki yaşında yazıb-oxumağı bacaran Ruslan daha çətin misalların həllinə başlayıb.

Hazırda o, yuxarı siniflərə məxsus çətin riyazi misalların həllini öyrənir.

Sfera.az


OXŞAR XƏBƏRLƏR