Rusiyalı nazir Bakıya gələcək

Rusiyalı nazir Bakıya gələcək
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin apreldə Bakıya işgüzar səfər edəcək.

Bu barədə Rusiya KİV-i xəbər yayıb.

Məlumata görə, nazir bildirib ki, iki ölkə arasında ticari-iqtisadi münasibətlər sürətlə inkişaf edir: "Hazırda ölkələr arasında əlaqələrin inkişafını sürətləndirəcək xüsusi qrup yaratmışıq. Azərbaycanla qarşılıqlı münasibətlər çox önəmlidir. Aprel ayında Bakıya yenidən səfər etməyi planlaşdırıram. Rusiya və Azərbaycanın gündəmində bir çox mühüm layihələr var. Hələlik onlar barəsində danışmayacağıq.

Bakıya səfərimi gözləyək. Həmin səfərdə Azərbaycanın hökumət nümayəndələri ilə rəsmi danışıqlar aparılacaq. Ümid edirəm ki, daha çox birgə layihələrimiz yaranacaq”.

Qeyd edək ki, ötən il yanvarın sonunda M.Oreşkinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti Bakıda işgüzar səfərdə olub.

Səfər çərçivəsində Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya biznes məsləhətləşmələrinin genişləndirilmiş iclası və Azərbaycanda Rusiyanın İxrac Mərkəzinin nümayəndəliyinin açılışı baş tutub.

Biznes məsləhətləşmələrindən sonra Rusiya və Azərbaycan şirkətləri arasında etimad memorandumları imzalanıb.(Virtualaz.org)

OXŞAR XƏBƏRLƏR

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...