Rusiyalı ekspert: \"Lavrov Əliyev-Putin-Paşinyan görüşünə hazırlıq görür\"

Rusiyalı ekspert: \
"Bu görüşlərin məqsədi müharibənin baş verməməsinin söykəndiyi həssas balansın qorunmasından ibarətdir".

Bu barədə rusiyalı ekspert Stanislav Tarasov "Regnum” agentliyinə müsahibəsində bildirib. 

Onun fikrincə, Lavrovun bu görüşdə iştirakı ilə bağlı bir sıra suallar ortaya çıxır. 

"Münaqişənin hər hansı həll prosesi danışıqlarında iştirak etmək başqa, münaqişə tərəflərinə ümumi sağlam düşüncə aləti tapmağa yardım etmək ayrı bir şeydir. Bu baxımdan, bu prosesdə rus tərəfinin iştirak səviyyəsi müvafiq deyil", - deyə Tarasov qeyd edib. 

O bildirib ki, buna cavab tapmaq çətindir, ekspertlərin bu məsələ ilə bağlı müxtəlif fikirləri mövcuddur. 

"Bu görüşlərin məqsədi müharibənin baş verməməsinin söykəndiyi həssas balansın qorunmasından ibarətdir. Görüş zamanı Lavrov heç kimin tərəfini tutmayacaq. Ancaq onun iştirakı Ermənistan üçün müsbət faktdır", - deyə Tarasov vurğulayıb.

Rusiyalı ekspert qeyd edir ki, əgər Lavrov irəliləyişə nail ola bilərsə, o halda Moskva Yaxın Şərqdə baş verən mürəkkəb proseslərlə bağlı qarşılıqlı əməkdaşlıq və qarşılıqlı münasibətlər formatlarının daha geniş inteqrasiyası formatı çərçivəsində bu üçlükdə öz qarşılıqlı fəaliyyət taktikasını dəyişə bilər.

"Valday” klubunun elmi direktoru Fyodor Lukyanov isə hesab edir ki, tərəflərin mövqeyində dəyişikliyin təsəvvür edilməsi çətin olduğuna görə, Lavrovun görüşdə iştirakı hər hansı irəliləyişə gətirib çıxarmayacaq. 

OXŞAR XƏBƏRLƏR