Rusiyadan MDB ölkələrinə köçürülən vəsaitin məbləği açıqlandı

Rusiyadan MDB ölkələrinə köçürülən vəsaitin məbləği açıqlandı

Bu ilin ikinci rübündə fiziki şəxslərin MDB ölkələrinə pul transfertləri illik bazada 2,1 milyard dollar azalıb.Publika.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı açıqlama verib. Bank bildirir ki, bu da 40,8 faiz azalma deməkdir. Özbəkistana pul köçürmələrində azalma 782 milyon dollar olub. Tacikistana pul köçürmələrində azalma 492 milyon dollar, Ukraynaya köçürmələr isə 301 milyon dollar azalıb.Ümumilikdə ikinci rübdə Rusiyadan Özəbkistana 900, Tacikistana 500, Qırğızıstana 400, Ukraynaya 300, Ermənistana 200, Azərbaycana 200, Qazaxıstana 150 milyon dollar pul göndərilib.

Aysel


OXŞAR XƏBƏRLƏR