Rusiyadan koronavirus addımı - Bütün uçuşlar məhdudlaşdırıldı
20:00 / 27.02.2020
3620
Rusiya sabahdan İranla aviasiya əlaqələrini məhdudlaşdırır.
Sfera.az xəbər verir ki, iki ölkə arasındakı müntəzəm aviareysləri Rusiyanın "Aeroflot" və İranın "Mahan Air" şirkətləri həyata keçirəcək.
Belə ki, bu şirkətlərin təyyarələri Moskvadan İrana yalnız "Şeremetyevo" hava limanının koronavirusun aşkar edilməsi üçün xüsusi cihazlarla təchiz edilmiş "F" terminalından uçacaq.
(bakupost.az)