Rusiyadakı diaspor təşkilatlarımız Jirinovskiyə niyə etiraz etmədi? - Açıqlama

Rusiyadakı diaspor təşkilatlarımız Jirinovskiyə niyə etiraz etmədi? - Açıqlama
"Belə acınacaqlı vəziyyət Rusiyadakı diaspor təşkilatlarımız arasında vahid kordinasiya və ümumi istiqamətin olmamasından qaynaqlanır”.

Bu sözləri Sfera.az-a açıqlamasında Rusiya Dövlət Dumasının üzvü Vladimir Jirinovskinin Azərbaycan dövləti və Prezidenti əleyhinə səsləndirdiyi qərəzli fikirlərə bu ölkədəki diaspor təşkilatlarımızın susqunluqla qarşılamasına münasibət bildirərkən, Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri İsmayıl Ağayev deyib:
 
"Əslində diaspor təşkilatlarımız ayrı-ayrılıqda bu məsələ ilə bağlı etiraz bəyanatları səsləndiriblər. Ancaq diaspor təşkilarlarımızın rəhbərləri və nümayəndələri Rusiyada yaşadıqlarından, soydaşlarımıza qarşı əvvəllər də olan qanunsuz əməlləri gördüklərindən və azərbaycanlılara qarşı bu ölkədə yaranan qərəzli münasibət səbəbindən belə məsələlərə kəskin etiraz etməkdən çəkinirlər. Jirinovskilərə qarşı mübarizə tək Rusiyada deyil, digər ölkələrdəki diaspor təşkilatlarımızla birgə fəaliyyət nəticəsində qurulmuş kampaniya formasında aparılmalıdır”.
 
İ. Ağayev bildirib ki, diaspor təşkilatları arasında vahid kordinasiya olsaydı, bu cür acınacaqlı mənzərə də yaranmazdı:"Diaspor fəaliyyəti həmçinin vətənpərvər olmağımızı da tələb edir. Rusiyada yaşayan azərbaycanlılar kifayət qədər vətənpərvərdirlər. Ancaq ümumi təşkilatlanma, kordinasiya, ümumi istiqamət olmadığından onlar da belə məsələlərə operativ və kəskin reaksiya verə bilmir. Rusiyadakı bu təşkilatlar bir-birini qəbul etmir, bir-biri barədə dezinformasiyalar yayırlar. Digər tərəfdən, Rusiya ilə bağlı ümumi münasibət fərqli olduğundan bu ölkədəki vətəndaşlarımız da dövlətimizə qarşı yönələn belə məsələlərə soyuqqanlı yanaşmaqda davam edirlər”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...