Rusiyada yaşayanlara “odxod” deyən deputatdan növbəti qalmaqallı açıqlama: “Tərbiyəsizliklərini göstərdilər”

Rusiyada yaşayanlara “odxod” deyən deputatdan növbəti qalmaqallı açıqlama: “Tərbiyəsizliklərini göstərdilər”

Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentdə çıxışında sosial şəbəkələrdən istifadə edən adamların şəxsiyyət vəsiqələri ilə qeydiyyatdan keçməli olduqlarını deyib. O sosial şəbəkələrdə edilən təhqirlərə görə bu cür addımın atılmasını vacib hesab edib. 

AZXEBER.COM məsələ ilə bağlı sosial şəbəkələrdə son illər ən çox təhqirlərə və tənqidlərə məruz qalan deputat Astan Şahverdiyevin münasibətini öyrənib. O sözügedən təklifdən xəbərdar olmadığını, ancaq Siyavuş Novruzovun açıqlamasının tutarlı olduğunu deyib:

"Mən o iclasda olmamışam, xaricdə idim. Məlumatım yoxdur. Amma Siyavuş müəllim bilir nə deyir. O uşaq deyil ki, hər sözü desin. Ölçüb-biçib danışıb”.

A.Şahverdiyev bir müddət öncə sosial şəbəkələrdə ona təhqir dolu sözlər yazan istifadəçilər haqqında da danışıb. Deputat onu təhqir edənlərin tərbiyəsiz adlandırıb:

"Onlar məni təhqir etmədilər, özlərinin tərbiyəsizliklərini göstərdilər. Məni bircə Allah təhqir eləməsin, Allahdan başqa heç kimdən qorxmuram”.

Qeyd edək ki, deputat bir müddət öncə verdiyi qalmaqallı açıqlamada Rusiyaya işləməyə gedənləri cəmiyyətin "odxod”ları adlandırmışdı. Milli Məclisin intizam komitəsinin keçirdiyi iclasdan sonra o xalqdan söylədiyi sözə görə üzr istəmişdi.


OXŞAR XƏBƏRLƏR

Poçettinonun taleyi sual altındadır - Klub qərar verməyib 

  "Çelsi" komandanın baş məşqçisi Maurisio Poçettinonun gələcəyi ilə bağlı qərar verməyib.   Sfera.az bildirir ki, London klubunun...

Azərbaycanda boşanmalara səbəb olan FAKTLAR: "Ataları, babaları yaşında kişilərlə..." 

Son zamanlar yalançı evliliklərin artması, bu istiqamətdə planlı atılan addımlar müzakirə obyekti olub. İddia edilir ki, bəzi xanımlar və ya bəylər qarşı tərəfl...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.   **...

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....