Hadİsə

Rusiyada təyyarə qəzasında ölən azərbaycanlı biznesmen imiş – YENİLƏNİB

Rusiyada təyyarə qəzasında ölən azərbaycanlı biznesmen imiş – YENİLƏNİB
 Rusiyada təyyarə qəzasında ölən Namiq Qəhrəmanovun azərbaycanlı olduğu təsdiqlənib.
Sfera.az xəbər verir ki, Orskdakı Azərbaycan icmasından APA-nın Rusiya bürosuna verilən məlumata görə, N. Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub.

N. Qəhrəmanov 2 il əvvəl Orenburqun Orsk şəhərinə gəlib, biznes fəaliyyət ilə məşğul olmağa başlayıb. Rusiya vətəndaşı olan N. Qəhrəmanovun tikiş sexi olub.

19:24

Xəbər verdiyimiz kimi, Rusiyada  An-148 sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəzada həyatını itirən sərnişinlərin siyahısı dərc edilib.

Oxu.Az-ın məlumatına görə, sərnişinlərin siyahısında Namiq Qəhrəmanov adlı şəxsin də adı yer alıb.

N. Qəhrəmanovun Azərbaycan vətəndaşı olduğu ehtimal edilir.

AdRiver

XƏBƏR LENTİ

«    Fevral 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728