Rusiyada sərhədi pozan azərbaycanlıların məhkəməsi başlayır
11:07 / 03.07.2019
3395
Rusiyanın Saratov vilayətinin prokurorluğu iki Azərbycan vətəndaşının işini məhkəməyə göndərib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, onlar Rusiya dövlət sərhədini qeyri-qanuni keçməkdə ittiham olunurlar.
Adları açıqlanmayan, amma 38 və 48 yaşlarında olduqları bəlli olan hər iki şəxs daha əvvəl Rusiyadan deportasiya olunub və uyğun olaraq 2020 və 2023-cü ilə kimi bu ölkəyə girişlərinə qadağa qoyulub.
Amma Qazaxıstanın Uralsk şəhərinə gedən həmyerlilərimiz yerli vətəndaşlardan onları sərhədə qədər aparmağı xahiş ediblər.
Qeyd edilən ərazidən keçmək istəyərkən isə Rusiya Xüsusi Xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.
İttiham aktı qəbul olunduqdan sonra Yerşovski rayon məhkəməsində prosesə start veriləcək.