Rusiyada qəzada 7 nəfər Azərbaycan vətəndaşı xəsarət aldı

Rusiyada qəzada 7 nəfər Azərbaycan vətəndaşı xəsarət aldı
Rusiyanın Dağıstan Respublikasının Qayakənd rayonu ərazisində yol qəzası baş verib.

Azərbaycanın Rusiyadakı səfirliyindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, səfirliyə məlumat daxil olan kimi, dərhal yerli polis idarəsinin sözügedən nəqliyyat hadisəsini araşdıran müstəntiq, mərkəzi xəstəxananın baş həkimi, yerli diaspor nümayəndələrimiz, həmçinin qəzaya düşən nəqliyyat vasitəsinin sürücüsü ilə əlaqə saxlanılıb.

Əldə olunmuş məlumata əsasən, qəza nəticəsində 2 nəfər Rusiya vətəndaşı həyatını itirib, 7 nəfər Azərbaycan vətəndaşı isə xəsarət alıb.

Onlardan 3 nəfəri ilkin müayinə olunduqdan sonra, 1 nəfər isə qohumlarının zaminliyi ilə evə buraxılıblar.

"Hazırda Qayakənd rayon mərkəzi xəstəxanasında 3 nəfər həmvətənlərimiz var. Onların da vəziyyəti orta ağır olaraq qalır. Bunlar Sevindik Əsgərov (1964-cü il təvəllüdlü), Ağabəy İsayev (1954-cü il təvəllüdlü) və Eldar Həsənəliyev (1990-cı il təvəllüdlü) adlı soydaşlarımızdır. Səfirlik məsələni və həmvətənlərimizin durumunu nəzarətdə saxlayır”, - məlumatda qeyd olunub.

OXŞAR XƏBƏRLƏR

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...