Rusiyada kriminal müharibə alovlanır — “Qanuni oğrular” Şakronun imperiyasını bölüşdürürlər

Rusiyada kriminal müharibə alovlanır — “Qanuni oğrular” Şakronun imperiyasını bölüşdürürlər
Kriminal aləmdə "Şakro Molodoy” kimi tanınan Zaxariy Kalaşov həbsə göndərilmədən Donbassdan qayıdan Edik Osetrin onun klanına təzyiq göstərməyə başlayıb.

Sfera.az bildirir ki, 1 nömrəli "qanuni oğru” Zaxariy Kalaşovun artıq qohumlarına zərbələr endirilir.

Edik son dövrlər Krasnodar vilayəti və Rostovda pay almaq üçün mübarizəyə başlayıb. Ediki Ded Xasanın ətrafı dəstəkləyir.
Osetrin son dövrlər Donbass şəhərində olub və burada yerli cinayətkar qruplaşma və iş adamları ilə münasibətlər qurub. Geri qayıtdıqdan sonra isə hüquq-mühafizə orqanlarının "toxunulmaz qanuni oğrular” siyahısına düşüb.

Moskvada Edik zirehli "Mercedes S Class” və mühafizəçilərin müşayəti ilə gəzir. O, Ded Xasanın tərəfdarlarını ətrafına toplaya bilib. Tez-tez kriminal general Vaqif Süleymanov və Dmitri Çanturiya ilə görüşür.
Eyni zamanda Şişkan kimi tanınan Oleq Şişkanovla da əlaqə saxlayır. Şişkan isə Osetrinlə əlaqələrini biruzə vermir. Şakro isə vaxtında Şişkanovun dünyaya gələn yaxın qohumlarından birinin xaç atası olub.

Hazırda Şişkan 1 nömrəli "qanuni oğru” postuna əsas namizəddir. Kalaşov isə buna etiraz etməyib. Amma Osetrin faktiki olaraq Şakro klanına hücuma başlayıb.
Hazırda David Ozmanov (Dato), Nodar Asoyan (Nodar) və Şalva Ozmanov (Kuso) Osetrinin hədəfindədir. Krasnodar və Rostov vilayətləri bu üçlüyün nəzarəti altındadır.
Ehtimal edilir ki, Kalaşov Moskvada olduğu müddətdə Osetrin onun klanı ilə birbaşa müharibə aparmağa cürət etməyəcək. Sonrakı hadisələr Şakronun həbsxanada hansı rejimdə saxlanılacağından asılı olacaq. Əgər ətraf mühitlə əlaqəsi kəsilsə, Osetrinin əl-qolu açılacaq. O zaman vəziyyət əsl kriminal müharibəyə çevriləcək.(Ölkə.az)

OXŞAR XƏBƏRLƏR