Rusiyada dünyanın ən yaşlı sakini öldü
14:02 / 30.10.2019
1512
Rusiyanın Həştərxan vilayətinin sakini Tənzilə Bisembeyeva 123 yaşında vəfat edib.
Sfera.az bildirir ki, o, dünyanın ən yaşlı sakini hesab olunurdu.
T.Bisembeyeva 1896-cı ilin martında Həştərxan vilayətində anadan olub.
Hazırda dünyanın ən yaşlı sakini rəsmi olaraq yaponiyalı Kane Tanaka hesab olunur. O, 1903-cü ilin yanvarında doğulub.