Rusiyada azərbaycanlının idarə etdiyi “QAZel” xəndəyə düşdü
21:30 / 03.12.2019
5978
Rusiyanın Tver vilayətində azərbaycanlının idarə etdiyi "QAZel” xəndəyə düşüb.
Sfera.az xəbər verir ki, Kalyazinski rayonu regional yol polisinin mətbuat xidmətindən verilən məlumata görə, 50 yaşlı sürücü idarəetməni itirərək, yoldan çıxıb və "QAZel”i aşırıb.
Nəticədə, sürücü xəsarət alıb.
Onun həyati təhlükəsi olmadığı bildirilib. (oxu.az)