Rusiyada azərbaycanlı musiqiçi saxlanılıb
23:00 / 17.05.2018
3346
Mayın 17-də Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı musiqiçi Ruslan Danilevski saxlanılıb.
Bu barədə "Rosbalt" məlumat yayıb.
Musiqiçinin rəfiqəsi səhər 06.00 radələrində polis əməkdaşlarının ona yaxınlaşdığını və sənədlərini göstərməsini tələb etdiklərini bildirib.
Bölmədə məlum olub ki, Danilevskinin ümumiyyətlə pasportu yoxdur.
"O pasportun alınması üçün ərizə verib.Yaşı az olanda, anası onunla Azərbaycandan bura köçüb və sənədlərinin hazırlanması ilə məşğul olmayıb", -deyə musiqiçinin rəfiqəsi bildirib.
Hazırda polis şöbəsində saxlanılan Danilevskinin Azərbaycana deportasiya olunacağı gözlənilir. Saxlanılması ilə əlaqədar musiqiçinin cümə gününə planlaşdırdığı konsert təxirə salınıb./0xu.az