Rusiyada azərbaycanlı kişi yaşlı qadınla evlənmək istədi: İcazə vermədilər

Rusiyada azərbaycanlı kişi yaşlı qadınla evlənmək istədi: İcazə vermədilər
Rusiyanın Bryansk vilayətində yaşayan Azərbaycan vətəndaşının 42 yaşlı sakinlə bağladığı nikah ləğv olunub.

Bu barədə "Novosti Bryanska” nəşri Bryansk prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Prokurorluğun bildirdiyinə görə, azərbaycanlı özündən yaşlı olan qadınla sevgi əsasında deyil, müvəqqəti yaşayış icazəsi almaq məqsədilə evlənib.  

Nəzarət qurumu onlardan heç birinin və ya birinin ailə qurmaq istəmədiyini müəyyən edib. Bu isə Rusiya Federasiyasının Ailə məcəlləsinə ziddir.

Prokurorluq VVAQ (Vətəndaş Vəziyyətləri Aktlarının Qeydiyyatı - red.) idarəsinin apardığı nikah qeydinin ləğv olunması ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə vəsatəti təmin edərək, nikahı ləğv edib. Onun yaxın zamanda Azərbaycana deportasiya ediləcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR