Cəmİyyət

Rusiyada azərbaycanlı iş adamını güllələnərək öldürdülər

Rusiyada azərbaycanlı iş adamını güllələnərək öldürdülər
Rusiyanın Arxangelsk şəhərində azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlu naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.

Azərbaycanlı iş adamı aldığı beş güllə yarasından yerindəcə həyatını itirib.

Hadisə yanvarın 31-dən fevralın 1-nə keçən gecə qeydə alınıb. Onun kimlər tərəfindən qətlə yetirildiyi hələlik müəyyənləşməyib. R.Hüseynov Arxangelskdə taxta biznesi ilə məşğul olub. 

İş adamının meyiti ekspertizadan sonra bu gün Azərbaycana gətiriləcək.

Faktla bağlı araşdırma aparılır.  

Report.az

XƏBƏR LENTİ

«    Aprel 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930