Rusiyada Azərbaycan diasporu birləşir-NƏHAYƏT

Rusiyada Azərbaycan diasporu birləşir-NƏHAYƏT
Aprelin 27-də Rusiyada Azərbaycanlıların Birinci Moskva Forumu keçiriləcək. Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçiriləcək Forum paytaxt Moskvada, Prezident otelində  baş tutacaq. Forumun Təşkilat Komitəsindən verilən məlumata görə, tədbir iki hissəli olacaq. İlk hissədə Rusiya-Azərbaycan əməkdaşlığı, strateji tərəfdaşlıq məsələləri müzakirə ediləcək. Tədbirdə ictimai siyasi xadimlər, eyni zamanda Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və çoxsaylı qonaqlar iştirak edəcəklər. Forumun ikinci hissəsində önəmli qərarlar qəbul ediləcək. Forum çərçivəsində Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) təsis konfransı keçiriləcək. Konfransda həmçinin RAİ prezidenti və İdarə Heyətinin üzvləri seçiləcək.
 
Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Füzuli Məmmədov bildirib ki, Forum Azərbaycan diasporunun güclənməsi, daha təkmil və koordinasiyalı formada fəaliyyət göstərməsi üçün önəmli addımdır. Onun sözlərinə görə Rusiyadakı Azərbaycan diasporunun birliyi, daha effektiv fəaliyyət göstərməsi ilə bağlı müzakirələr aparılacaq, önəmli qərarlar qəbul ediləcək: "Atacağımız addımlar Azərbaycan diasporunun daha effektiv fəaliyyətini təmin etmək və dövlətimizin diaspor siyasətinə dəstək verməkdir”.
 
Füzuli Məmmədov Rusiyada fəaliyyət göstərən bütün diaspor təşkilatlarını Rusiya Azərbaycanlıları İttifaqının ətrafında sıx  birləşməyə çağırıb: "Bir daha nəzərinizə çatdırıram ki, bu addım dövlətçiliyimizə, Azərbaycanın gələcəyinə, birliyinə, bütövlüyünə və daha da güclənməsinə xidmət edir. Bilirsiniz ki, Rusiyada Azərbaycan diasporunun daxilində olan arzuolunmaz hallara, birliyimizə, milli mənafelərimizə zərbə vuran intriqalara, lazımsız söz-söhbətlərə birdəfəlik son qoyulması vacib şərtdir. Bunun üçün isə bir ideya ətrafında birləşməyimiz olduqca önəmlidir və həlledici əhəmiyyət daşıyır. Bu baxımdan Rusiya Azərbaycanlıları İttifaqı önəmli platformadır. Rusiyada fəaliyyət göstərən hər bir diaspor təşkilatına səslənirəm ki, vahid ideya ətrafında birləşək. Əgər bir olarsaq, daha böyük işlər görə bilər, dövlətimizə və Rusiya-Azərbaycan münasibətlərinə daha ciddi töhfələr verə bilərik”.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...