Dünya

Rusiyada 3 milyon hektar sahə yanır

Rusiyada 3 milyon hektar sahə yanır
Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin aviasiyası Krasnoyarsk ərazisindəki baş verən meşə yanğınlarını söndürməyə başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə regional idarə heyətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Sibir və Uzaq Şərq meşələrində baş verən yanğınların söndürülməsi üçün Rusiya Federasiyasının üç FHN təyyarəsi cəlb olunub. İlkin məlumata görə, yanağının söndürülməsi üçün 180 tondan su istifadə edilib.
Rusiya Föqəladə Hallar nazirinin birinci müavini Aleksandr Çupriyanın sözlərinə görə, Sibir və Uzaq Şərqdə 3 milyon hektar sahə yanır: "Bu rəqəmin artacağı ehtimal edilir”.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031