Rusiya öz bazarından siyasi alət kimi istifadə edir - İDDİA

Rusiya öz bazarından siyasi alət kimi istifadə edir - İDDİA
Rusiyanın Kalininqrad vilayətində Baytarlıq və Fitosanitariyaya nəzarət üzrə Federal Xidmətinin əməkdaşları ("Rosselxoznadzor") Azərbaycandan gətirilən 18 ton təzə pomidor məhsulunun ölkəyə daxil olımasına icazə verməyib. Tərəvəz məhsulunda fitosanitar tələblərin pozulduğu aşkar edilib. Məhsulun ölkəyə daxil edilməsi qadağan olunub.

Məsələ ilə bağlı Sfera.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, son zamanlar Rusiya ilə Azərbaycan arasında gərginlik müşahidə edilir.
 


Ekspertin fikrincə, anlaşılan odur ki, Kremlin müəyyən tələbləri var və Qarabağ münaqişəsində işğalçı Ermənistana daha çox yardım edir:
"Bu da, təbii ki, Azərbaycanın xoşuna gəlmir. Rusiya öz bazarına müxtəlif ölkələrin məhsullarına qapatmasını həmişə bir siyasi alət, təzyiq vasitəsi kimi istifadə edib. Ukrayna, Gürcüstan, Moldova dəfələrlə belə addımlarla üzbəüz qalıblar. Çox güman ki, bu qərar da siyasi qərardır, ölkəmizə təsir və təzyiq vasitələrindən biridir. Çünki Rusiya bazarı Azərbaycan aqrar sektoru üçün mühim bazardır, aqrar sahədə istehsal etdiyimiz məhsulların ixracının 75%-ə yaxını bu ölkənin payına düşür. Belə bir şəraitdə Rusiya bazarlarına çıxış problemi yaratmaqla əlavə təsir mexanizmi əldə edib".
 
Çinarə Məmmədova
Sfera.az

OXŞAR XƏBƏRLƏR