Rusiya XİN cavab verdi: Hikmət Hacıyevi anlamırıq

Rusiya XİN cavab verdi: Hikmət Hacıyevi anlamırıq

Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevin Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanması ilə bağlı şərhinə cavab verib.

Nazirliyin cavabı öz rəsmi saytında yerləşdirilib.

"Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevin çoxsaylı pozuntulara yol vermiş Ümumrusiya Azərbaycanlıları Konqresinin məhkəmə qaydası ilə ləğv edilməsi barədə yeni bəyanatına diqqət yetirdik. Bu məsələ ilə bağlı ətraflı izahat artıq tərəfimizdən verilib. Lakin cənab Hikmət Hacıyev bizim fikrimizcə, qəribə fikirlərini davam etdirərək, Rusiya məhkəməsinin Rusiyanın ictimai təşkilatı haqqında qərarının Azərbaycana qarşı təkcə dost olmayan addım olduğunu bildirməklə bərabər, bunun Rusiyanın Dağlıq Qarabağın həllində vasitəçilik missiyasını hansısa formada çətinləşdirəcəyini bildirir. Bu bizdə artan çaşqınlıqdan başqa heç nə yaratmır. Rusiya Azərbaycanla strateji tərəfdaşlığına qiymət verir, onun hərtərəfli gücləndirilməsi kursu dəfələrlə iki ölkənin dövlət başçıları Vladimir Putin və İlham Əliyev tərəfindən müəyyən edilib və təsdiqlənib” – deyə cavabda bildirilib.

Qeyd edək ki, bir müddət öncə Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycanlılar Konqresinin ləğvi haqqında qərarı qüvvədə saxlayıb. Qərarı şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Rusiyanın bu addımının iki ölkənin münasibətlərinə təsir edəcəyini bildirib:

"Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələrin inkişafında mühüm rol oynayan Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə qərarı siyasi baxımdan qeyri-dost addım kimi qiymətləndiririk. Bu, Rusiya və Azərbaycan tərəfindən bəyan olunan və iki ölkə arasında strateji tərəfdaşlıq zəminində inkişaf edən yüksək səviyyəli əlaqələrə ciddi zərbə vurur.

Rusiya Federasiyası məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə qeyri-dost xarakterli qərarının məqsədini başa düşmək çox çətindir. Xüsusilə o halı nəzərə almalıyıq ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir və bu status tərəflərə münasibətdə tarazlı yanaşmanın nümayiş etdirilməsini tələb edir. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə Rusiyada yaşayan Azərbaycan icması nümayəndələrinə münasibətdə qeyri-ədalətli yanaşma tətbiq olunduğu halda, Rusiya Erməniləri İttifaqına tam dəstək göstərilir və bu qurum fəaliyyətini davam etdirir.

Hər bir halda Rusiya Federasiyasının Ümumrusiya Azərbaycanlıları Konqresini ləğv etmək siyasəti təəccüb, ciddi sual və dərin təəssüf doğurur”.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bununla bağlı liseydə təhsil alan şagirdlərin valideynlərinə məktub göndərili...

Siyavuş Novruzov TƏKLİF ETDİ: "Onlar da nəzərə alınsın" 

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”. &nbs...