Dünya

Rusiya vətəndaşları Tbilisidə aksiya keçirdilər

Rusiya vətəndaşları Tbilisidə aksiya keçirdilər

Gürcüstanın paytaxtı Tbilisidə Rusiya vətəndaşları aksiya keçiriblər.

"Report” xəbər verir ki, Gürcüstan parlamentinin binası qarşısında baş tutan aksiyada ölkədə yaşayan və səfərdə olan 10-a yaxın rusiyalı iştirak edib.

Aksiya "Mən Qavrilov deyiləm! Rusiyalılar vahid Gürcüstan naminə!” şüarı altında keçirilib.

İştirakçılar Rusiyanın Gürcüstana qarşı siyasətinə etiraz ediblər. Onlar əllərində "Putindən yoruldun? Gürcüstanda dincəl!" və Rusiyanın Gürcüstana qarşı işğalçılıq siyasətini tənqid edən şüarlar tutublar.

Rusiyalılar Gürcüstanın xarici vətəndaşlar və qonaqlar üçün ən təhlükəsiz ölkə olduğunu bildiriblər.

Qeyd edək ki, Rusiya vətəndaşlarının Tbilisidəki Gürcüstana dəstək aksiyası ilk olaraq iyulun 9-na təyin olunmuşdu.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031