Müsahİbə

Rusiya Ukrayna vətəndaşlarına rus pasportu paylayır: EYNİ TƏZYİQLƏ ÜZLƏŞƏ BİLƏRİKMİ?

Rusiya Ukrayna vətəndaşlarına rus pasportu paylayır: EYNİ TƏZYİQLƏ ÜZLƏŞƏ BİLƏRİKMİ?
 

 

Ukraynada prezident seçkilərinin ikinci turu yekunlaşdıqdan sonra Rusiyanın buna özünəməxsus reaksiyası gecikməyib.


Sfera.azxarici mediaya istinadla xəbər verir ki, Rusiya Ukraynanın Donetsk vilayətindən olan sakinlərə öz pasportlarını paylayır. Əvvəllər də belə halların olması barədə məlumat yayılsa da son xəbərlərdə bu prosesin gücləndiyi bildirilir. Bu isə haqlı olaraq beyinlərdə belə bir sualı aktuallaşdırır ki, Rusiya anoloji addımı Azərbaycana münasibətdə də ata bilərmi? İstər Dağlıq Qarabağda, istərsə də şimal rayonlarımızda eyni təhlükəylə üzləşmək riskimiz nə dərəcədə realdır?

 

Millət vəkili Fazil Mustafa Sfera.az-a açıqlamasında qeyd edib ki, bizdə ikinci vətəndaşlıq modeli yoxdu. Hər hansısa şəkildə Rusiya passport alan şəxslər avtomatik olaraq Azərbaycan vətəndaşlığından çıxacaqlar. "Buna qarşı da dövlətimiz ciddi tədbirlər görməlidir. Çünki bunun hansı məqsədlə edildiyi ortadadır. Rusiyanın Ukraynayla bağlı anoloji addımları əvvəl də müşahidə edilib, indi proses daha da intensivləşib. Səbəb də odur ki, Ukraynanın yeni hakimiyyəti əvvəlki hakimiyyətinin prinsiplərindən kənara çəkilməyəcəyini bəyan edir. İstənilən rəhbərlik Ukraynanın parçalanmasına rəvac verən addımlar atmasına imkan verə bilməz. Ona görə də Rusiya vəziyyəti gərginləşdirməklə Ukraynanı daha da çətin vəziyyətə qoymaq istəyir.”

 

Millət vəkilinin sözlərinə görə, baş verənlərin bizimlə birbaşa əlaqəsi olmasa da hər halda arzuolunmaz president olaraq kifayət qədər təhlükəlidir: "Dağlıq Qarabağ və Şimal bölgələrimizlə bağlı da belə addımlar atıla bilər. Biz də qabaqlayıcı addımlar atmalıyıq ki, buna rəvac verilməsin”.

 

 

Rəşad

 

Sfera.az

 

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031