Rusiya, Türkiyə və İran arasında gedən mübarizə qızışır - \"Razılaşmaya əməl olunmasa...”

Rusiya, Türkiyə və İran arasında gedən mübarizə qızışır - \
"Suriyada vəziyyət yenidən gərginləşməyə doğru gedir. Bölgəyə nəzərəti ələ almaq və əldə saxlamaq üçün Rusiya, Türkiyə və İran arasında gedən mübarizə artıq pərdəarxasından çıxmağa başlayıb”. 
 
Sfera.az xəbər verir ki, bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Rusiya və İran bəzi məsələlərdə, xüsusilə də Suriya Prezidenti Bəşar Əsədi postunda saxlamaq məsələsində müttəfiq görünməyə çalışsalar da, Suriyaya nəzarəti ələ keçirmək məsələsində dərin ziddiyyətdə olduqları görünməkdədir:

"Suriya Prezidenti Bəşar Əsəd isə bu iki dövlət, yəni İran və Rusiya arasında mümkün qədər manipulyasiya etməklə həm öz hakimiyyətini qorumağa, həm də müttəfiqlik münasibətlərini davam etdirməyə çalışır.

Ona görə ki, Bəşar Əsəd üçün İran canlı qüvvə təminatı məsələsində, Rusiya isə silah-sursat məsələsində vacib əhəmiyyətə malik ölkələrdir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Suriyanın hava məkanını Rusiya qoruyur”.

Politoloqa görə Suriya məsələsində üç qüvvədən biri isə Türkiyədir: 

"Təbii ki, İran və Rusiya kimi Türkiyənin də Suriyada öz maraqları var və bundan əlavə nəzərə almaq lazımdır ki, bugün Türkiyədə 3 milyondan artıq suriyalı qaçqın var və Türkiyənin əsas məqsədi suriyalı qaçqınları öz torpaqlarına geri qaytarmaqdır. Cenevrə görüşündə nəticə əldə olunmaması bu üç dövlət üçün növbəti yolu göstərmiş oldu. Astana görüşünün keçirilməsi və ortaq razılığın əldə edilməsi bölgədə vəziyyətin dəyişməsinə şərait yaratdı. Qazaxıstanın Astana şəhərində baş tutmuş toplantıda İran, Rusiya və Türkiyə Suriyanın gələcəyi ilə bağlı qərar qəbul etmiş oldu. 

Daha sonra isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan Soçi görüşü onu işarə etdi ki, Rusiya İran üçün bölgədə "üçüncü artıqdır" siyasəti ilə hərəkət edir. Əlbəttə ki, İran bunu başa düşməmiş deyil. İndi isə Suriyada vəziyyət yenidən gərginləşməkdədir. Rusiya və Türkiyə arasında əldə olunmuş atəşkəs razılığı yenidən pozulmaqdadır. 

S. Hümbətovun fikrincə, Suriya böhranının həll edilməsi və ölkədə sülhün əldə edilməsi üçün Astana görüşündə əldə olunmuş razılaşmanın şərtlərinə əməl edilməsi vacibdir. Əks təqdirdə Suriyada sülhün əldə edilməsi reallıqdan uzaq ola bilər.

Turan Rzeyev
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...